Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub

Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub Yanğın olan kəndə elektrik enerjisi verilişi dayandırılıb
Hadisə
20 May , 2018 12:47
Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub

Ağdaş. 20 may. REPORT.AZ/ Ağdaş rayonunun Xınaxlı kəndində yanğın hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, kənd sakini Allahverdiyev Tahir Qüddəsər oğluna məxsus həyət evi əşyaları ilə birgə yanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon yanğınsöndürmə briqadası yanğını lokallaşdırıb. Ev sakinləri vaxtında təhlükəsiz əraziyə çıxarılıb. Yanğınla əlaqədar kəndə elektrik enerjisi verilişi müvəqqəti olaraq dayandırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hadisə yerində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi