Ağdaşda Xocalı soyqırımının 27-ci il dönümü qeyd edilib - VİDEO - YENİLƏNİB

Ağdaşda Xocalı soyqırımının 27-ci il dönümü qeyd edilib - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
26 Fevral , 2019 18:17
Ağdaşda Xocalı soyqırımının 27-ci il dönümü qeyd edilib - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***17:30

Ağdaş. 26 fevral. REPORT.AZ/ Ağdaş rayonunda Xocalı soyqırımının 27-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

“Report”un Şirvan bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımından bəhs edən foto stendlərlərə, Xocalı soyqırımına həsr olunan rəsmlərə, divar qəzetlərinə və kitablardan ibarət sərgiylə tanış olublar.

Anım mərasiminin rəsmi hissəsi geniş nitqlə açıq elan edilib.

Qeyd edilib ki, həmin gün Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Çünki həmin vaxt bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilib, bəşəriyyətin ən böyük faciələrindən biri törədilib. Xocalı faciəsindən sonra bu qanlı olayın miqyasını xalqdan gizlətməyə çalışan o vaxtkı respublika rəhbərliyi 26 fevralda baş verən erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ciddi bir iş görmədi. Lakin sonrakı illərdə informasiya blokadasını yarıb Xocalıda baş verən qanlı hadisələri dünya ictimaiyyətinə çatdırmağa nail olan xalqımız, o dəhşətli gecədə həlak olan övladlarının xatirəsini əziz tutmağı, sağ qalanların dərdinə şərik olmağı da bacardı. Yalnız ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi, tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində zəruri tədbirlərin hamısı həyata keçirilərək soyqırımla bağlı geniş müzakirələr aparıldı. 1994-cü ildə ulu öndərimizin təşəbbüsü və tövsiyəsi ilə Milli Məclis Xocalı soyqırımına siyasi qiymət verdi. Fevralın 26-sının Azərbaycanda milli matəm günü kimi qeyd olunması qərara alındı. 1997-ci ildən bu günədək hər il fevralın 26-da saat 17-də ölkə ərazisində soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Respublikamızın ayrı-ayrı bölgələrində Xocalı şəhidlərinin xatirəsi əbədiləşdirilib, abidələr ucaldılıb.

Sonra rayon məktəblilərinin iştrakı ilə şerlər səsləndirilib, bədii kompazisiyalar nümayiş etdirildi.

Qeyd edək ki, ölkənin digər rayonlarında olduğu kimi Ağdaş rayonunda da Xocalı sakinləri məskunlaşıb. Hazırda rayon ərazisində 16 ailə yaşayır. 

Son xəbərlər

Orphus sistemi