Ağdaşda xırda buynuzlu heyvanlar arasında tələfat olub - VİDEO - YENİLƏNİB

Ağdaşda xırda buynuzlu heyvanlar arasında tələfat olub - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
3 Mart , 2019 20:05
Ağdaşda xırda buynuzlu heyvanlar arasında tələfat olub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***17:15

Ağdaş. 3 mart. REPORT.AZ/ Ağdaşda xırda buynuzlu heyvanlar tələf olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Hapıtlı kəndində baş verib. Kənd sakini Qabil Əliyev baytarlıq aptekindən fərdi təsərrüfatında olan qoyunlar üçün mədə-bağırsaq qurdu əleyhinə dərman alıb. Dərmanları xırda buynuzlulara qəbul etdirdikdən bir qədər sonra heyvanların bəziləri ölüb. Təsərrüfat sahibinin sözlərinə görə, sözlərinə görə, 90 baş qoyun və keçidən 12 ana, 3 baş bala tələf olub.

Ağdaş rayon Baytarlıq İdarəsinin sahə baytar həkimi Əliyusif Məmmədovun sözlərinə görə, faktla bağlı ölmüş heyvanların daxili orqanlarından nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Analızlərin cavabından sonra heyvanların hansı səbəbdən öldüyü dəqiqləşəcək. 

Daha əvvəl Ağdaş rayonunda canavarlar sürüyə hücum edib.

Son xəbərlər

Orphus sistemi