Ağdaşda su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Ağdaşda su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB Ağdaş rayonunda çimərkən su kanalında boğularaq ölən şəxsin kimliyi məlum olub.
Hadisə
29 İyul , 2019 20:50
Ağdaşda su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Ağdaş rayonunda çimərkən su kanalında boğularaq ölən şəxsin kimliyi məlum olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, bu, rayon sakini, 1997-ci il təvəllüdlü Nurlan Təhməz oğlu Məmmədovdur.

Onun meyiti batdığı Yuxarı Şirvan kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


*** 16:22

Ağdaş rayonunda gənc oğlan su kanlında çinərkən boğulub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Yuxarı Şirvan su kanlında baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan su kanlında çimərkən batıb. 

Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın axtarışları davam edir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi