Bakı. 17 sentyabr. REPORT.AZ/ Ağdaş rayonunda şirkətdən 1700 manatlıq inşaat materialları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də şəhər ərazisindəki şirkətlərin birindən 1700 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini İsgəndər Zərbalıyev, Gürcuva kənd sakini Nurlan İsrayılov və Yevlax rayon sakini Rasim Xəlilov saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.