Ağdaşda sərnişin avtobusu avtomobillə toqquşub

Ağdaşda sərnişin avtobusu avtomobillə toqquşub "Mercedes" markalı mikroavtobusun və "VAZ-2106" markalı avtomobilin sürücü və sərnişinləri yüngül xəsarət alıblar
Hadisə
5 İyul , 2017 19:19
Ağdaşda sərnişin avtobusu avtomobillə toqquşub

Ağdaş. 5 iyul. REPORT.AZ/ Ağdaş rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, Mingəçevirlə Zərdab rayonunun Bıçaqçı kəndi arasında daimi sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus "VAZ-2106" markalı avtomobillə toqquşub. Hadisə Ağdaş rayonunun Pirəzə kəndi ərazisində baş verib. 

Belə ki, Ağdaş rayon sakini Füzuli Aslanovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusun Kotavan kənd sakini Atamoğlan Şirinovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşması nəticəsində yol qəzası baş verib. Xoşbəxtlikdən avtobus son reysi başa vurub yenidən Ağdaşa dönərkən qeydə alınıb. Bu səbəbdən də avtobusda cəmi bir neçə sərnişin olub. Hər iki avtomobilin sürücü və sərnişinləri yüngül xəsarət alıblar.

Faktla bağlı Ağdaş rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi