Ağdaş. 30 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
“Repor”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonunun Xosrov kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Nissan" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bunlar 1967-ci il təvəllüdlü Ağdaş rayonunun Ərəb kənd sakini Tehran Allahverdi qızı Məmmədova və 1966-cı il təvəllüdlü polis əməkdaşı Etibar Tofiq oğlu Abdullayevdir.
Ölən azyaşlı isə 2005-ci il təvəllüdlü Cihan Sehirlidir. Qəza zamanı dünyasını dəyişən "Nissan" markalı avtomobilin sürücüsünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***11:09
Ağdaş. 30 noyabr. REPORT.AZ Ağdaş rayonunda polis rəisi xidməti avtomobilində qəzaya düşüb ölən və yaralananlar var.
"Report"un Şirvan bürosunun xəbər verir ki, hadisə "Nissan" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
İlkin məlumata göər, hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Hadisə şahidlərin bildirdiyinə görə, "Nissan" marklalı avtomobildə olan şəxs rayonlardan birinin polis rəisi və onun sürücüsü olub.