Yuxarı
    Bağlamaq

    Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

    Faktla Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

    Ağdaş. 6 oktyabr. REPORT.AZ/ Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə oktyabrın 5-də saat 21 radələrində rayonun Ləki qəsəbəsinin ərazisində qeydə alınıb. 
    Belə ki, Tovuz rayon sakini Nazim Quliyev idarə etdiyi "Naz Lifan" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və yol ayırıcısına çırpılıb. Nəticədə avtomobilin sürücüsü N.Quliyev ağır bədən xəsarətləri alıb və hadisə yerində ölüb. 

    Faktla Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi