Ağdaşda motosiklet aşıb, xəsarət alan var

Ağdaşda motosiklet aşıb, xəsarət alan var Ağdaş. 23 may. REPORT.AZ/ Ağdaş rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 May , 2018 19:25
Ağdaşda motosiklet aşıb, xəsarət alan var

Ağdaş. 23 may. REPORT.AZ/ Ağdaş rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun İşıqlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletin qarşısına çaqqalın çıxması səbəbindən sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü baş nahiyəsindən xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi