Ağdaşda minik və yük maşınları toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaşda minik və yük maşınları toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Ağdaş. 23 yanvar. REPORT.AZ/ Ağdaş rayonunun Ləki kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
23 Yanvar , 2019 21:51
Ağdaşda minik və yük maşınları toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaş. 23 yanvar. REPORT.AZ/ Ağdaş rayonunun Ləki kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Lənkaran rayon sakini 1967-ci il təvəllüdlü, Cavadov Elçin Sabir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağdaş rayonunun Ləki kəndi ərazisində yük maşını ilə toqquşub.

Nəticədə sürücü və avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Ellada Cavadova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 19:58

Ağdaş. 23 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda  ağır yol-nəqəliyyat hadisəsi  baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Daha əvvəl Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi