Ağdaşda minik maşını traktorla toqquşub, sürücü ölüb - YENİLƏNİB

Ağdaşda minik maşını traktorla toqquşub, sürücü ölüb - YENİLƏNİB Ağdaş. 13 fevral. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
13 Fevral , 2019 22:52
Ağdaşda minik maşını traktorla toqquşub, sürücü ölüb - YENİLƏNİB
Foto: "Report"

Ağdaş. 13 fevral. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki,  "VAZ"ın yaşlı sürücüsü Həmid Azəri ağır xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, daxili qanaxma keçirən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib.


*** 19:59

Ağdaş. 13 fevral. REPORT.AZ/ Ağdaş rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun "qara bazar" adlanan ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan  “VAZ-21011” markalı minik maşını idarəetmədən çıxaraq qarşı tərəfdən gələn taraktorla toqquşub. Qəza zamanı avtomobilin sürücüsü ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Balakən rayonunda yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi