Ağdaşda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaşda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
21 Oktyabr , 2019 00:30
Ağdaşda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Foto: "Report"

Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, Goranboy rayon sakini 1977-ci il təvəllüdlü Rauf Nəbiyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilini içərisində mişar daşı olan, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Nəcəf Bayramovun idarə etdiyi “KamAZ” markalı yük maşınının qoşqusuna çırpıb.

Qəzada minik avtomobilinin sürücüsü və iki sərnişini (bir uşaq və bir qadın) xəsarət alıb. R.Nəbiyevə hadisə yerində ambulator yardım göstərilib.

Xəsarət alan sərnişinlər isə Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparılıblar. 


*** 00:30

Ağdaş rayonunda ağır yol-nqəliyyat hadisəi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mişar daşı ilə yüklü olan "KamAZ" markalı avtomobillə "Mercedes" markalı avtomobiş toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi