Ağdaşda minik avtomobili traktorla toqquşub, 1 nəfər ölüb və 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Ağdaşda minik avtomobili traktorla toqquşub, 1 nəfər ölüb və 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2 Ağdaş.14 may. REPORT.AZ/ Ağdaş rayonunda baş verən qəzada ölən şəxsin adı məlum olub.
Hadisə
14 May , 2018 11:16
Ağdaşda minik avtomobili traktorla toqquşub, 1 nəfər ölüb və 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Report
0 : 00
0 : 00

Ağdaş.14 may. REPORT.AZ/ Ağdaş rayonunda baş verən qəzada ölən şəxsin adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, minik avtomobili ilə traktorun toqquşması nəticəsində Mingəçevir şəhər sakini, Zaur Ağabala oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 


***11:02

Ağdaş.14 may. REPORT.AZ/ Ağdaş rayonunda minik maşını ilə traktorun toqquşması nəticəsində xəsarət alan 2 nəfərin adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində yaralananlar  -  Ağdaş rayon sakinləri,  1975-ci il təvəllüdlü Abdurəhman Qubad oğlu Kərimov, 1973-cü il təvəllüdlü Müşfiq Vaqif oğlu Hüseynov və  Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Bəhruz Rafael oğlu Xankişiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. 

Məlumata görə, hər 3 yaralının vəziyyəti ağırdır. Qəza zamanı hadisə yerində ölən şəxsin adı hələlik məlum deyil.


***10:46

Ağdaş.14 may.REPORT.AZ/ Ağdaş rayonunda minik avtomobili traktorla toqquşub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi ərazisində baş verib.

Belə ki, minik avtomobili traktorun qoşqusunun altına girib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.

Yaralılar Ağdaş Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi