Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin məhkəməsi başlayıb Bakı. 21 fevral. REPORT.AZ/ Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İbadovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
21 Fevral , 2019 15:11
Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Report

Bakı. 21 fevral. REPORT.AZ/ Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İbadovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda baş verib. H.İbadov pul üstündə tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Xatırladaq ki, N.İsmayılov karate üzrə müəllim və məşqçi olub.

Son xəbərlər

Orphus sistemi