Ağdaşda gizli fəaliyyət göstərən kafe və çayxana aşkarlanıb

Ağdaşda gizli fəaliyyət göstərən kafe və çayxana aşkarlanıb Ağdaşda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib. Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağdaş Rayon Polis Ş
Hadisə
18 Yanvar , 2021 14:58
Ağdaşda gizli fəaliyyət göstərən kafe və çayxana aşkarlanıb

Ağdaşda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən kafenin işlədiyi məlum olub. Obyektə baxış zamanı kafeni işlədən Mahmud Əhmədovun və 14 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyən edilib. Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

Son xəbərlər

Orphus sistemi