Ağdaş. 15 yanvar. REPORT.AZ/ Axşam saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Kükəl kənd sakini Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində 1991-ci il təvəllüdlü həmkəndlisi Paşayev Vaqif Rafael oğlunu bıçaqlayıb.
Döş qəfəsindən bir bıçaq yarası alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirir.
Faktla bağlı araşdırma aparılır.