Yuxarı

Ağdaşda evdən qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb

Ağdaşda evdən qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb

Ağdaş rayonunda evdən qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini H.Süleymanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi