Ağdaşda əri ilə mübahisə edən gənc qadın intihara cəhd edib

Ağdaşda əri ilə mübahisə edən gənc qadın intihara cəhd edib Qadın sirkə turşusu içərək özünü öldürmək istəyib
Hadisə
10 İyul , 2017 00:43
Ağdaşda əri ilə mübahisə edən gənc qadın intihara cəhd edib
Foto: Report.az

Ağdaş. 10 iyul. REPORT.AZ/ Gecə saatlarında Ağdaş rayonunun Davudlu kəndində intihara cəhd hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü kənd sakini Abdukərimova Pərişan Ağakərim qızı həyat yoldaşı ilə mübahisə etdikdən sonra özünü öldürmək qərarına gəlib.

Qadın bu məqsədlə sirkə turşusu içib. Vəziyyəti pisləşən P.Abdukərimova təcili Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Ağdaş rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi