Ağdaşda digərlərinin sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb

Ağdaşda digərlərinin sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
5 Aprel , 2021 15:59
Ağdaşda digərlərinin sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb
0 : 00
0 : 00

Ağdaş Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə hərəkətdə olarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakini Bəxtiyar Mürsəliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

O, şəhər ərazisində yerləşən mağazaya gəlib və digər vətəndaşların da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs evinə geri qaytarılıb.

B.Mürsəliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi