Ağdaşda dərmandan tələf olmuş heyvanlar küçənin ortasında qalıb - FOTO

Ağdaşda dərmandan tələf olmuş heyvanlar küçənin ortasında qalıb - FOTO Qırx başdan çox inəyin cəsədini yoldan götürən yoxdur
Hadisə
288
3 Sentyabr , 2017 14:27
Ağdaşda dərmandan tələf olmuş heyvanlar küçənin ortasında qalıb - FOTO
Foto: Report.az

Ağdaş. 3 sentyabr. REPORT.AZ/ Ağdaşın Yenicə kəndində kütləvi şəkildə tələf olmuş iribuynuzlu mal-qaranın cəsədi ortalıqda qalıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, 41 baş inəyin cəsədinin daşınmasına və basdırılmasına rəsmi qurumlardan yaxın duran yoxdur.

Yalnız Ucar Baytarlıq İdarəsindən gələn mütəxəssislər laborator müayinələr üçün heyvanlardan nümunə götürərək gediblər. Onlar istirahət günü ilə əlaqədar cəsədlərin daşınmasının mümkünsüz olduğunu söyləyiblər.

Yerli əhali heyvan cəsədlərinin iylənəcəyindən və infeksiya yarada biləcəyindən ehtiyat edir. Hazırda hadisə yerində vəziyyət acınacaqlıdır.

Son xəbərlər

Orphus sistemi