Ağdaşda çörək sexi sahibinin şəriki bıçaqlanıb

Ağdaşda çörək sexi sahibinin şəriki bıçaqlanıb Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
18 İyul , 2017 23:52
Ağdaşda çörək sexi sahibinin şəriki bıçaqlanıb

Ağdaş. 18 iyul. REPORT.AZ/ Ağdaş rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində çörək sexlərindən birinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Ağdaş şəhər sakini Məmmədov Valeh Məmməd oğlu çalışdığı sexin yaxınlığında bıçaqlanaraq ağır xəsarət alıb. O baş, boyun və üz nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, Valeh Məmmədov çörək sexinin sahibi olan dostu ilə şərikdir. Elə hadisəni dostunun əvvəllər məhkum olunmuş dayısı törədib.

Hadisəni törədən şəxsin yaxalanması üçün Ağdaş rayon Polis şöbəsi əməliyyat axtarış tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi