Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçalayıb

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçalayıb Hadisə Aşağı Nemətabad kəndində baş verib
Hadisə
23 Sentyabr , 2017 00:22
Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçalayıb
Report

Ağdaş. 23 sentyabr. REPORT.AZ/ Ağdaşda canavarlar örüşdə otlayan mal-qaraya hücum edib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.

Nəticədə bir neçə baş iribuynuzlu heyvan tələf olub və yaralanıb. Yırtıcı heyvanlar çoban və sakinlərin hay-küy salmasından sonra qaçıblar.

Zərər çəkmiş heyvan sahiblərindən biri kənddə müvəqqəti məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Sitarə Xəlilova olub. Canavarlar onun bir inəyini parçalayıblar, heyvanlardan bir neçəsi isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi