Ağdaş rayonunda quldurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə aprelin 1-i rayonun Dəhnəxəlil kənd ərazisində qeydə alınıb.
Belə ki, Belarus vətəndaşı, 1987-ci il təvəllüdlü Aleksandr Jandarov idarə etdiyi "Man" markalı yük avtomobili ilə Qəbələ rayon istiqamətinə gedən zaman Ağdaş rayon ərazisində "VAZ-2106" markalı avtomobildən düşən 3 nəfər onun qarşısını kəsib. Həmin şəxslər yük maşınının qabaq qeydiyyat nişanını çıxarıb, avtomobilin qabaq şinlərini bıçaqla kəsib düşüblər.
Daha sonra Aleksandr Jandarov DİN-in "102" Zəng Mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat verib.
Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakinləri - Seymur HAcıyev, Elşən Məhərrəmov və Məhəmməd Lətifov olmaları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.