Ağdaşda baş verən avtomobil qəzasinda 5 nəfər ölüb, 7 nəfər yaralanıb

Ağdaşda baş verən avtomobil qəzasinda 5 nəfər ölüb, 7 nəfər yaralanıb Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır
Hadisə
30 Yanvar , 2016 12:48
Ağdaşda baş verən avtomobil qəzasinda 5 nəfər ölüb, 7 nəfər yaralanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Ağdaşda baş verən avtomobil qəzasinda 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” xəbər verir ki, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi