Ağdaşda avtomobillər toqquşub, ölən var

Ağdaşda avtomobillər toqquşub, ölən var Ağdaş rayonunda yol qəzası baş verib.
Hadisə
3 Fevral , 2021 11:44
Ağdaşda avtomobillər toqquşub, ölən var

Ağdaş rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-də saat 15 radələrində rayonun Əmrah kəndi ərazisində Sumqayıt şəhər sakini H.Ağayev idarə etdiyi “DAF” markalı yük avtomobilini qarşıda gedən Tovuz rayon sakini E.Bayramovun idarə etdiyi “Renault” markalı avtomobilə vurub. Nəticədə minik avtomobilindəki sərnişinlərdən E.Alıyev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi