Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Ağdaş. 9 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
Hadisə
541
9 Yanvar , 2019 12:30
Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
0 : 00
0 : 00

Ağdaş. 9 yanvar. REPORT.AZ/  Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Ləki qəsəbəsi ərazisində Abad kənd sakini Rza Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mənsur Hacıyevi vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin səyinə baxmayaraq orada ölüb. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə yerləşdirilib.


*** 10:58

Ağdaş. 9 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralı piyada təcili yardım maşını ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi