Ağdaşda avtomobil marketə çırpılıb

Ağdaşda avtomobil marketə çırpılıb Ağdaş. 25 fevral. REPORT.AZ/ Ağdaş şəhərində avtomobil marketə çırpılıb.
Hadisə
25 Fevral , 2018 23:59
Ağdaşda avtomobil marketə çırpılıb

Ağdaş. 25 fevral. REPORT.AZ/ Ağdaş şəhərində avtomobil marketə çırpılıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ağdaş şəhərində baş verib.

Belə ki, şəhər sakini, 1966-cı il Niqdad Sahir oğlu Mustafayevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı marketə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücü baş nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi