Ağdaşda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdaşda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB Ağdaş rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
29 Oktyabr , 2019 21:00
Ağdaşda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdaş rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. 

Nəticədə 1968-ci il təvəllüdlü Etibar Yusibov, 1972-ci il təvəllüdlü Muradxan Hüseynov, 1967-ci il təvəllüdlü Muxtar Abışov və 1971-ci il təvəllüdlü Şəmsəddin Şahbazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb və vəziyyətlərinin kafi olduğu bildirilir.


*** 19:58

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bdən xəsarətləri alıblar. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi