Ağdaşda avtomobil aşıb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdaşda avtomobil aşıb, iki nəfər xəsarət alıb - YENİLƏNİB Yaralıların xəstəxanaya çatdırılıb
Hadisə
22 Noyabr , 2017 10:32
Ağdaşda avtomobil aşıb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Ağdaş. 22 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı iki nəfər - Zərdab rayon sakini, 1991-ci il təvəllüdlü Elçin Bəxtiyar oğlu Səfərli və Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Fərid Niyazi oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, hər iki yaralının vəziyyəti ağır olaraq qalır. 


***10:18

Ağdaş. 22 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kotavan kəndi yaxınlığında qeydə alınıb. 

Belə ki, Kotavan kəndi isiqamətinə hərəkət edən “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi