Ağdaş. 1 yanvar.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ağdaş şəhərinin mərkəzi küçələrin birində hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və bir sərnişini müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.