Ağdaşda avtomobil 16 yaşlı gənci vuraraq öldürdü

Ağdaşda avtomobil 16 yaşlı gənci vuraraq öldürdü Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb
Hadisə
16 Mart , 2021 01:27
Ağdaşda avtomobil 16 yaşlı gənci vuraraq öldürdü

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı­-Qazax yolunun rayonun Əmrarx kəndindən keçən hissəsində qeydə alınıb. "Jeep" markalı minik avtomobili yolu keçən piyada, Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlunu vurub. U.Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi