Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər

Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
311
17 Avqust , 2017 10:53
Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər

Ağdaş. 17 avqust. REPORT.AZ/ Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər. 

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi