Ağdaşda ağır yol qəzası: Avtomobil iki hissəyə bölündü - VİDEO

Ağdaşda ağır yol qəzası: Avtomobil iki hissəyə bölündü - VİDEO Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3960
24 May , 2020 11:54
Ağdaşda ağır yol qəzası: Avtomobil iki hissəyə bölündü - VİDEO

Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 227-ci km-də, rayonun Xosrov kənd ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi