Ağdaşda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Ağdaşda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb Müslüm Cavadov həyətdə oynayarkən ehtiyatsızlıqdan mişar daşı başına düşüb
Hadisə
7 İyun , 2017 23:45
Ağdaşda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
Courtesy İmage

Ağdaş. 7 iyun. REPORT.AZ/ Ağdaş rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Qarağansədi kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Müslüm Əhmədiyyə oğlu Cavadov həyətdə oynayarkən ehtiyatsızlıqdan mişar daşı başına düşüb. M.Cavadov dərhal valideynləri tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması alan azyaşlının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi