Ağdaşda 60 yaşlı kişi ağacdan yıxılıb

Ağdaşda 60 yaşlı kişi ağacdan yıxılıb Onun vəziyyəti orta-ağırdır və müalicəsi davam etdirilir
Hadisə
26 Avqust , 2017 11:12
Ağdaşda 60 yaşlı kişi ağacdan yıxılıb

Ağdaş. 26 avqust. REPORT.AZ/ Ağdaş rayonunda 60 yaşlı kişi əncir ağacından yıxılıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qolqəti kəndində baş verib.

Belə ki, əncir yığmaq üçün ağaca çıxan 1957-ci il təvəllüdlü Fərman Mustafa oğlu Hüseynov oradan yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı qohumlarının köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, F.Hüseynov bədənin müxtəlif nahiyələrindən sıyrılmış-əzilmiş xəsarətlər alıb, onun hər iki qolu bilək nahiyəsindən sınıb: "Yaralının vəziyyəti orta-ağırdır və müalicəsi davam etdirilir".

Son xəbərlər

Orphus sistemi