Ağdaşda 55 yaşlı kişini maşın vurub

Ağdaşda 55 yaşlı kişini maşın vurub Onun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
7 Noyabr , 2017 10:59
Ağdaşda 55 yaşlı kişini maşın vurub

Ağdaş. 7 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda 55 yaşlı kişini maşın vurub. 

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Ləki-Ağdaş avtomobil yolunda baş verib. 

Belə ki, yolu keçmək istəyən rayonun Lək kəndinin sakini,1962-ci il təvəllüdlü Rəsul Kamal oğlu Zamanovu “VAZ-2107 “ markalı maşın vuraraq ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi