Ağdaşda 42 yaşlı kişi özünü güllələyərək intihara cəhd edib

Ağdaşda 42 yaşlı kişi özünü güllələyərək intihara cəhd edib Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Fevral , 2018 10:11
Ağdaşda 42 yaşlı kişi özünü güllələyərək intihara cəhd edib

Ağdaş. 15 fevral. REPORT.AZ/ Ağdaş rayonunda 42 yaşlı kişi intihara cəhd edib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Binələr kəndində baş verib. 

Kənd sakini, 1976-ci il təvəllüdlü Şahmuradov Sabit Binəli oğlu yaşadığı evdə özünə tüfənglə atəş açaraq intihara cəhd edib. Atəş nəticəsində ağır yaralanan S.Şahmuradov Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi