Ağdaşda 3 nəfərin ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb

Ağdaşda 3 nəfərin ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vidadi Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
29 Dekabr , 2020 17:41
Ağdaşda 3 nəfərin ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb

Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vidadi Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il avqust ayında baş verib. Ağdaş şəhərinin Heydər Əliyev prospektində Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb.

Qəza zamanı avtomobildə olan 3 sərnişin - Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib. Sərxoş olan sürücü və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri alıblar.

V.Məmmədova Cinayət Məcəlləsinin 264-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi