Ağdaş sakinlərindən odlu silahlar götürülüb

Ağdaş sakinlərindən odlu silahlar götürülüb Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.
Hadisə
16 Mart , 2023 18:41
Ağdaş sakinlərindən odlu silahlar götürülüb

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi