Ağdaş sakininin qardaşını öldürməsi ilə bağlı cinayət işi açılıb

Ağdaş sakininin qardaşını öldürməsi ilə bağlı cinayət işi açılıb İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
18 İyun , 2021 12:29
Ağdaş sakininin qardaşını öldürməsi ilə bağlı cinayət işi açılıb

İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Son xəbərlər

Orphus sistemi