Yuxarı
    Bağlamaq

    Ağdaş sakini intihara cəhd edib, vəziyyəti ağırdır

    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır

    Ağdaş.1 avqust. REPORT.AZ/ Ağdaş rayonunda 36 yaşlı kişi intihara cəhd edib.

    ”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hüşün kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Teymur Məhəmmədəli oğlu Mustafayev insan orqanizmi üçün nəzərdə tutulmayan B58 dərman preparatını qəbul edərək özünü öldürmək istəyib. O, ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi