Ağdaş sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb

Ağdaş sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
17 Avqust , 2017 13:02
Ağdaş sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb

Ağdaş. 17 avqust. REPORT.AZ/ Ağdaş rayon sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəribli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Sahib Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi