Ağdaş sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb

Ağdaş sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Aprel , 2017 17:29
Ağdaş sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb

Bakı. 6 aprel. REPORT.AZ/ Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.

Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü Anar Yusof oğlu Yusifov özünə məxsus həyətyanı sahədə təssərrüfat işləri görərkən laqundanın üzərində olan kəsici alət qırılaraq iki hissəyə bölünüb. Nəticədə qırılan alətin bir hissəsi onun boyun və boğaz nahiyyəsini kəsib. A.Yusifov dərhal yaxınları tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Yusifov dərhal əməliyyat edilib.

Xəstəxandan "Report"a verilən məlumata görə, xəstəyə çənə altı vəzin və boyunun ön səthinin kəsilmiş, cırılmış və didilmiş diaqnozu qoyulub. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi