Ağdaş Rayon Mərkəzi Xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanılıb

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanılıb Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib
Hadisə
11 İyul , 2017 11:55
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakı. 11 iyul REPORT.AZ/ Ağdaş Rayon Mərkəzi Xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə "Report"a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, Qəbələ rayonunun Qaradeyin kənd sakini, 2008-ci ildə anadan olmuş Mehralıyev Seymur Qoşqar oğlu Ağdaş Rayon Mərkəzi Xəstəxanasında ölüb.  

Qeyd edilən faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi