“Ağdamlı Dəmir” kimi tanınan iş adamı: "Mən işimin başındayam"

“Ağdamlı Dəmir” kimi tanınan iş adamı: "Mən işimin başındayam" "Bu xarakterli təsdiqlənməmiş məlumatlar mənim şəxsi biznesimə xələl gətirə bilər"
Hadisə
5 Noyabr , 2015 13:58
“Ağdamlı Dəmir” kimi tanınan iş adamı: Mən işimin başındayam

Bakı. 5 noyabr. REPORT.AZ/ "Məni heç kim heç bir yerə sorğu-suala çağırmayıb, heç bir istintaqa cəlb olunmamışam. Hazırda da öz işimin başındayam". Bunu "Report"a “Ağdamlı Dəmir” kimi tanınan iş adamı Dəmir Abdullayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərək bildirib.

"Bu xarakterli təsdiqlənməmiş məlumatlar mənim şəxsi biznesimə xələl gətirə bilər. Müxtəlif müştərilərim yanında olan etibarıma zərər vura bilər", - iş adamı bildirib.

O qeyd edib ki, Bakıdan yalnız bir neçə gün qabaq Gəncə şəhərində yas mərasimində iştirak etmək üçün ayrılıb.

Qeyd edək ki, bu gün bir sıra KİV-lər avtomobil salonları biznesi olan Dəmir Abdullayevin ötən həftə saxlanıldığı ilə bağlı xəbərlər yayımlayıblar. Onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətləri olduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi