Yuxarı

​Ağdamın təmas xəttinə yaxın kəndlərində ilanların çoxalması müşahidə olunur

Sözügedən ərazilərdə daha çox gürzə və qızıl ilanlara rast gəlmək mümkündür

Bakı. 18 İyul. REPORT.AZ/ Ağdamın təmas xəttinə yaxın yerləşən kəndlərində ilanların çoxalması müşahidə olunur.

"Report" Ağdam Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, buna son günlər Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan torpaqlarında tez-tez geniş miqyaslı yanğınlar törətməsi səbəb olub.

Yanğınlar zamanı ekoloji tarazlıq pozulduğundan, ərazidə yaşayan vəhşi heyvanlar, xüsusilə ilanlar yanğından qaçaraq cəbhəboyu yerləşən kəndlərə üz tutur. Yanğının ilk günlərində ilanlar təsərrüfat sahələrində daha cox görsənirdilərsə, bu günlərdə yaşayış məntəqələrində müşahidə olunmağa başlayıblar. Sözügedən ərazilərdə daha çox gürzə və qızıl ilanlara rast gəlmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi