Ağdamın icra başçısı: "Azərbaycanın cəbhəyanı kəndlərində xeyli evə ziyan dəyib"

Ağdamın icra başçısı: "Azərbaycanın cəbhəyanı kəndlərində xeyli evə ziyan dəyib" "Ağdamda 10-a yaxın ev tamamilə dağıdılıb"
Hadisə
126
4 Aprel , 2016 15:11
Ağdamın icra başçısı: Azərbaycanın cəbhəyanı kəndlərində xeyli evə ziyan dəyib

Bakı. 4 aprel. REPORT.AZ/ "Azərbaycanın cəbhəyanı kəndlərində xeyli evə ziyan dəyib". Bunu "Report"a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Raqub Məmmədov bildirib. 

O qeyd edib ki, ermənilərin yaşayış evlərinə açdığı atəş nəticəsində xeyli ev ziyan çəkib: "Ağdamın Çəmənli, Hacıməmmədli, Sarıcalı kəndlərində 10-a yaxın ev tamamilə dağıdılıb. Kənd sakinlərinin yüzlərlə mal-qarası atılan mərmilərin partlaması nəticəsində tələf olub. Hazırda bütün kəndlərə dəymiş ziyan hesablanır. Rayonun Sarıcalı kənd orta məktəbinin binasına mərmi düşüb. Lakin dərs olmadığından, xəsarət alan olmayıb".

Son xəbərlər

Orphus sistemi