Video əlavə olunub
*** 09.20
Ağdam. 25 iyul. REPORT.AZ/ Ağdam rayonunda yas mərasimi keçirilən evdən oğurluq edən şəxs tutulub.
Bunu "Report"un Qarabağ bürosuna Ağdam Rayon Polis Şöbəsinin müstəntiqi Rəşad Cəfərov bildirib.
Onun sözlərinə görə, rayonun Xındırıstan qəsəbə sakini Afaq Vəlizadə şöbəyə müraciət edərək evindən pul və mobil telefonunun oğurlanması barədə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu A.Vəlizadənin qonşusu Sədiyev Cahid Elburus oğlunun törətdiyi məlum olub.
Saxlanılan şəxs dindirmə zamanı oğurluq hadisəsini qonşusunun evində yas mərasimi keçirilən gün törətdiyini etiraf edib. Sərxoş vəziyyətdə olduğunu deyən C.Sədiyev oğurladığı telefonu Bərdə rayonunda tanımadığı şəxsə satıb.
Əvvələrdə məhkumluq həyatı yaşayan C.Sədiyev barəsində Ağdam Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.