Ağdamda ananın körpəsini boğaraq öldürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Ağdamda ananın körpəsini boğaraq öldürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB Ağdam rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Hadisə
16 Aprel , 2019 13:14
Ağdamda ananın körpəsini boğaraq öldürməsinin təfərrüatı məlum olub - YENİLƏNİB
0 : 00
0 : 00

Ağdam rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. 

Belə ki, həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1992-ci il təvəllüdlü Günel Şahsevər qızı İsmayılova 10 aylıq körpə qızını boğaraq öldürüb. O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.

Bildirilib ki, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub və ailədə tez-tez münaqişələr baş verib. Nəticədə boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb. Öldürülən uşaq ailənin tək övladı olub.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 9:23

Ağdamın Qərvənd kəndində ana 10 aylıq körpəsini öldürüb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Kənd sakinləri virtualaz.org-a bildiriblər ki, ailə rayonun Göytəpə kəndindəndir, kənd işğal ediləndən sonra Qərvənd kəndində məskunlaşıblar.

27 yaşlı Günel İsmayılova həyat yoldaşı Ramil Ramiz oğlu İsmayılovla dalaşıb, bundan sonra 10 aylıq yeganə övladını boğaraq qətlə yetirib.

Körpənin cəsədi hazırda morqdadır, qadın isə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi