Ağdamda sürücü xəstə uşağını həkimə apararkən qəza törədib - FOTO - YENİLƏNİB

Ağdamda sürücü xəstə uşağını həkimə apararkən qəza törədib - FOTO - YENİLƏNİB Ağdam. 30 yanvar. REPORT.AZ/ Ağdam rayonunda sürücü xəstə uşağını həkimə apararkən qəza törədib.
Hadisə
30 Yanvar , 2018 16:47
Ağdamda sürücü xəstə uşağını həkimə apararkən qəza törədib - FOTO - YENİLƏNİB
Report

Ağdam. 30 yanvar. REPORT.AZ/ Ağdam rayonunda sürücü xəstə uşağını həkimə apararkən qəza törədib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, İsgəndər Səmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü, onun arvadı Qənirə Səmədova və avtomobildə olan azyaşlı uşaq ağır bədən xəsarətləri alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisə azyaşlı uşağını xəstəxanaya çatdırmaq üçün sürücü avtomobili yüksək sürətlə idarə edərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.


***15:58

Ağdam. 30 yanvar. REPORT.AZ/ Ağdam rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

 Belə ki, "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində biri azyaşlı olmaqla üç nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi